QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 126

Maddə 126. Məhkumların intizam təcridxanasında saxlanılması şərtləri

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

126.1. İntizam təcridxanalarına keçirilmiş məhkumlara uzun müddətli görüş, telefon danışıqları, videogörüşlər, qida məhsulları və ən zəruri mallar əldə etmək, bağlama, sovqat və ya banderol almaq, kinofilmlərə və televiziya proqramlarına baxmaq, stolüstü oyunlardan istifadə etmək qadağan edilir. Onlar hər gün iki saat gəzinti hüququna malikdirlər.

126.2. İntizam təcridxanasında saxlanılan məhkumlara intizam təcridxanasına keçirilməkdən başqa digər tənbeh tədbirləri tətbiq edilə bilər.

126.3. Bir təqvim ili ərzində intizam təcridxanasında saxlanma müddəti otuz gündən çox ola bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver