edilməsi və ya cəzanın digər cəza növü ilə əvəz edilməsi
137.1. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya məhkum olunmuş şəxs hökmlə müəyyən edilmiş cəza müddətinin qurtarmasına qədər qanunvericilikdə nəzərdə tutulan əsaslarla hərbi xidmətdən tərxis oluna bilər.
137.2. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya məhkum olunmuş şəxsin hərbi xidmətdən tərxis olunması ilə əlaqədar hərbi hissənin komandiri (rəisi) cəzanın çəkilməmiş hissəsinin digər cəza növü ilə əvəz olunması üçün məhkəməyə təqdimat verir. Məhkum öz növbəsində cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. XVII fəsil İntizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın icrası