QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 141

Maddə 141. İntizam xarakterli hərbi hissədə məhkumların bağlama, sovqat, banderol və pul baratları alması

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

141.1. Məhkumlar ayda bir bağlama, sovqat və ya banderol və görüşlər zamanı əlavə olaraq sovqat almaq hüququna malikdirlər.

141.2. Məhkum bağlama, sovqat və ya banderolu intizam xarakterli hərbi hissənin nümayəndəsinin iştirakı ilə açır və içərisində olan malları götürür.

141.3. Bağlama, sovqat və ya banderollarda məhkuma qadağan olunan mallar aşkar edildikdə onlar götürülür, məhkumun şəxsi əşyalarının siyahısına qeyd edilir və cəzanın icrası müddətinin sonuna qədər başqa şəxsi əşyalarla birgə saxlanılır və ya intizam xarakterli hərbi hissənin komandirinin əsaslandırılmış qərarına əsasən məhv edilir və bu barədə müvafiq akt tərtib olunur.

141.4. Məhkumun adına göndərilmiş pullar onun şəxsi hesabına köçürülür və o həmin hesabdan ayda doqquz manatadək miqdarda vəsaitlə qida məhsulları və zəruri mallar əldə edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver