QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 144

Maddə 144. İntizam xarakterli hərbi hissədə məhkumların əməyi

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

144.1. Məhkumlar intizam xarakterli hərbi hissənin obyektlərində və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş digər obyektlərdə əməyə cəlb oluna bilərlər.

144.2. Məhkumların əməyi qanunvericilik ilə müəyyən olunmuş qaydalara riayət edilməklə təşkil olunur.

144.3. Məhkumlar tərəfindən yerinə yetirilən işlərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş norma və qiymətlər şamil edilir. Məhkumlara əmək haqqı verilmir.

144.4. Məhkumların əməyinə görə işəgötürən tərəfindən köçürülmüş məbləğin yarısı intizam xarakterli hərbi hissənin abadlaşdırılması, onun müstəqil istehsalat bazasının yaradılması və ya inkişaf etdirilməsi, məhkumların maddi-məişət ehtiyaclarının ödənilməsi və maddi mükafatlandırma fondunun təşkili üçün həmin hərbi hissənin hesabına, digər hissəsi isə dövlət nəfinə keçirilir.

144.5. Məhkumlar intizam xarakterli hərbi hissənin ərazisinin abadlaşdırılması, məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması və onların qida ilə təmin olunması üçün əlavə işlərə növbə ilə cəlb oluna bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver