QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 151

Maddə 151. İntizam xarakterli hərbi hissədə məhkumların maddi-məişət və tibbi təminatı

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

151.1. Məhkumlar üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti yaradılır.

151.2. Məhkumlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normalar üzrə qida, paltar və digər ləvazimatla təmin olunurlar.

151.3. Məhkumların tibbi təminatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərinə uyğun həyata keçirilir.

151.4. Stasionar şəraitdə müalicəyə ehtiyacı olan məhkumlar mühafizə altında hospitala göndərilir və orada xüsusi təchiz olunmuş otaqlarda saxlanılırlar.

151.5. Məhkumlara verilən pul təminatı hər ay onların şəxsi hesablarına keçirilir.

151.6. Məhkumlara saxlamağa, nağdsız hesabla əldə etməyə və ya bağlamada, sovqatda, banderolda almağa icazə verilən qida məhsullarının və ən zəruri malların siyahısı, habelə məhkumlara saxlanılması qadağan edilən əşyaların siyahısı intizam xarakterli hərbi hissənin daxili intizam qaydaları ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver