QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 159

Maddə 159. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə növündə cəzanın icrası qaydası

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

159.1. Hökmlə məhkumun xüsusi və ya hərbi rütbədən, fəxri addan, yaxud dövlət təltifindən məhrum edilməsi haqqında məsələ nəzərdə tutulduğu halda, məhkumun müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə təqdimat və məhkəmə hökmünün surəti müvafiq icra hakimiyyəti orqanına, digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi hallarında isə bu barədə məhkəmə hökmünün surəti icra olunması üçün həmin orqana göndərilir.

159.2. Müvafiq orqan müəyyən edilmiş qaydada məhkumun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsi haqqında müvafiq sənədlərə yazılı qeyd edir, habelə şəxsin xüsusi və ya hərbi rütbə, fəxri addan və dövlət təltifi ilə əlaqədar hüquq və güzəştlərdən məhrum edilməsinə dair tədbirlər görür.

159.3. Ehtiyatda olan hərbi qulluqçuya dair hökmün surəti onun qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına göndərilir.

159.4. Hökmün surətini və təqdimatı alan müvafiq orqan bir ay ərzində hökmü çıxaran məhkəməyə onun icra edilməsi haqqında məlumat verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver