QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 16

Maddə 16. Cəzanın icra edildiyi yer barədə məlumat verilməsi

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidirlər.

16.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin razılığı ilə onlar barəsində cəzanı icra edən müəssisə və ya orqan onların dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə onlara himayədarlığı öz üzərinə götürmüş beynəlxalq təşkilatlara dərhal məlumat verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver