QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 176

Maddə 176. Cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

176.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdən azad edilmiş şəxslər yaşayış yerinə getmək üçün qida məhsulları və gediş haqqı ilə təmin olunurlar.

176.2. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin zəruri mövsümi geyimi, ayaqqabısı və bunları əldə etməyə imkanı olmadıqda, onlar dövlət hesabına geyim və ayaqqabı ilə təmin olunurlar. Onlara birdəfəlik pul müavinəti də verilə bilər.

176.3. Cəza çəkməkdən azad edilmiş şəxslərin qida, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən həyata keçirilir.

176.4. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən azad edilən və səhhətləri ilə əlaqədar digər şəxslərin qulluğuna ehtiyacı olan şəxslər, hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadınlar, həmçinin yetkinlik yaşına çatmayanlar azad edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti onların qohumlarını və ya digər şəxsləri xəbərdar edir.

176.5. Cəzaçəkmə müəssisələrindən azad edilmiş və bu Məcəllənin 176.4-cü maddəsində göstərilən şəxslər yaşayış yerinə qohumlarının, himayəçilərinin və ya digər şəxslərin, yaxud cəzaçəkmə müəssisəsinin işçilərinin müşayiəti ilə göndərilirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver