QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 178

Maddə 178. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

178.1. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.

178.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında qərarın surəti şəxsin azad olunduğu vaxtdan üç gündən gec olmayaraq onun yaşayış yeri üzrə məhkəməyə və probasiya qurumu na göndərilir. Eyni zamanda cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şəxsdən azad edildiyi vaxtdan on beş gün müddətində yaşayış yeri üzrə probasiya qurumu na qeydiyyata götürülməsi ilə əlaqədar müraciət etməsi haqqında iltizam alınır.

178.3. İcra məmuru cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyatını aparır, onların ictimai qaydalara riayət etməsinə və məhkəmə tərəfindən onlara həvalə olunan vəzifələrin yerinə yetirilməsinə nəzarət edir.

178.4. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən şəxslər probasiya qurumu nun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.

178.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda, o cümlədən elektron Maddə 178. … əxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında məhkəməyə təqdimat verir.

178.6. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.

178.7. On gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət göstərməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir. VII bölmə Şərti məhkum edilmiş şəxslər üzərində nəzarət XXI fəsil Şərti məhkum edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi Maddə 178. … irilməsi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver