QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 180

Maddə 180. Şərti məhkum edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydası

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

180.1. icra məmuru sınaq müddəti ərzində məhkumların qeydiyyatını aparır, onların işlədikləri yer üzrə işəgötürənin iştirakı ilə məhkumların ictimai qaydalara riayət etməsinə və məhkəmə tərəfindən onlara həvalə olunan vəzifələrin yerinə yetirilməsinə nəzarət edir.

180.2. Məhkuma müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi təyin edildikdə, bu Məcəllənin 31-ci maddəsində nəzərdə tutulan tədbirləri icra məmuru həyata keçirir.

180.3. ləğv edilmişdir.

180.4. Şərti məhkum edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmuru nun çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən məhkumlar probasiya qurumu nun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver