QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 189

Maddə 189. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin icrası qaydası

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

189.1. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının surəti icra edilməsi üçün dərhal hüquqi şəxsin olduğu yerin icra məmuruna göndərilir.

189.2. Hüquqi şəxs müəyyən fəaliyyət növünü lisenziya və ya icazə əsasında həyata keçirdikdə, icra məmuru məhkəmə qərarının surətini 3 (üç) gün müddətində lisenziya (icazə) verən orqana göndərir. Həmin orqan qərarın surətini aldığı gündən 3 (üç) gün müddətində lisenziyanı (icazəni) ləğv edir və bu barədə icra məmuruna məlumat verir.

189.3. Hüquqi şəxs müəyyən fəaliyyət növünü lisenziya və ya icazə əsasında həyata keçirmədikdə, icra məmuru 3 (üç) gün müddətində məhkəmə qərarının surətini hüquqi şəxslərin dövlət reyestrinə müvafiq fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum etmə barədə qeydin 10 (on) gün ərzində daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq dəyişiklik dövlət qeydiyyatına alındıqdan sonra 2 (iki) gün müddətində icra məmuruna məlumat verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver