QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 22

Maddə 22. Cəzaçəkmə müəssisələrinə baş çəkilməsi

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Qanunvericilik hakimiyyəti orqanı tərəfindən müvəkkil edilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müvafiq icra hakimiyyəti orqanlarının icraatında olan cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri aparan təhqiqatçılar və ya müstəntiqlər, təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorlar, habelə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimlər öz vəzifələrini yerinə yetirərkən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkə bilərlər. 22.1-1. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin cəzaçəkmə müəssisələrində saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq, cəzaçəkmə müəssisələrinin rəhbər Maddə 22. … i və nəticələrini protokollaşdırmaq, texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq, cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin cəzaçəkmə müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.

22.2. Media subyektlərinin nümayəndələri və bu Məcəllədə göstərilən digər şəxslərin müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkmələri yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər.

22.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə daxilolma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22.4. Cəzaçəkmə müəssisələrində məhkumlarla kino, foto, video çəkilişlərinin aparılması, onlardan müsahibə almaq, həmçinin audio və video texniki vasitələrindən istifadə edilməsi onların razılığına əsasən həyata keçirilir.

22.5. Məhkumların təhlükəsizliyini və mühafizəsini təmin edən obyektlərin kino, foto və video çəkilişləri müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir. Xüsusi hissə II bölmə Məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrası IV fəsil Cərimə növündə cəzanın icrası Maddə 22. … əhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrası IV fəsil Cərimə növündə cəzanın icrası

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver