QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 28

Maddə 28. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası qaydası

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas cəza kimi və yaxud müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya əlavə cəza kimi təyin edildikdə, habelə şərti məhkum etmə zamanı məhkəmə qanuni qüvvəyə minmiş hökmün surətini cəzanın icra edilməsi üçün məhkumun işlədiyi yerin işəgötürəninə, habelə bu cəzanın icrasına nəzarət edilməsi üçün icra məmuru göndərir.

28.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi hallarda hökmün surətini cəzanın icrası üçün məhkumun yaşadığı yerin icra məmuruna göndərir.

28.3. ləğv edilmişdir.

28.4. Cəzanın icrası müddətində məhkum hərbi xidmətə qəbul edilərsə, icra məmurunu hökmün surətini cəzanın icrası üçün məhkumun xidmət yerinə göndərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver