QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 3

Maddə 3. Cəzaların İcrası Məcəlləsi və beynəlxalq hüquqi aktlar

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Bu Məcəllə cəzaların icrasına və məhkumlarla rəftar qaydalarına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktları nəzərə alır.

3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllənin müddəalarından fərqli normalar müəyyən edilərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

3.3. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, müvafiq qanunlarına və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq məhkumlarla rəftarda işgəncə və ya digər qəddar, qeyri-insani hərəkətlərə və yaxud ləyaqətin alçaldılmasına yol verilməməsinə əsaslanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver