35.1. Məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin daxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.
35.2. Əsas iş yerində məhkuma növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə cəzanın icrasını dayandırmır.
35.3. İctimai işlər növündə cəza çəkən məhkum və ya onun qanuni nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada cəzadan azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.