38.1. Məhkum ictimai işlər növündə cəzanın çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir.
38.2. Məhkum ictimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, icra məmuru Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzanın azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir.