QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 68

Maddə 68. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerinə

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

göndərilməsi qaydaları

68.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər.

68.2. Məhkumların müşayiətlə göndərilməsi ayrılıqda saxlanma qaydalarına riayət olunmaqla həyata keçirilir. Kişilər qadınlardan, yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan, eyni cinayət işi üzrə məhkum olunmuşlar ayrılıqda, vərəm xəstəliyinə tutulmuş (vərəm çöpləri ifraz edənlər), zöhrəvi xəstəlikdən müalicə kursunu tam keçməmiş şəxslər və psixi xəstələr bir-birindən ayrı-ayrılıqda və sağlam məhkumlardan təcrid olunmaqla tibb işçilərinin müşayiəti ilə göndərilirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver