QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 69-1

Maddə 69-1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin istintaq

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

təcridxanalarına keçirilməsi 69-

1.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslər digər şəxslər tərəfindən törədilmiş cinayət işləri üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi və ya digər şəxslər tərəfindən törədilmiş cinayət işlərinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmənin qərarına əsasən iki aydan çox olmayan müddətə cəzaçəkmə müəssisəsindən istintaq təcridxanalarına keçirilə bilərlər. Zəruri hallarda bu müddət məhkəmənin qərarı ilə dörd ayadək uzadıla bilər. Məhkəməyədək icraat zamanı göstərilən məsələlərə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkumun cəza çəkdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 69-

1.2. Bu Məcəllənin 69-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına keçirilmiş şəxslərin saxlanılma şərtləri həmin yerlərin saxlanma rejimi və onlara məhkəmənin hökmü ilə təyin edilmiş cəzaçəkmə müəssisəsinin növü və rejimi nəzərə alınmaqla müəyyən edilir. Belə halda məhkumlara bu Məcəllədə nəzərdə tutulmuş uzun müddətli görüşlər onların razılığı ilə qısa müddətli görüş və ya telefon danışıqları, yaxud videogörüşlə əvəz oluna bilər. 69-

1.3. Müəyyən müdd Maddə 69-1. … n müddətli görüşlər onların razılığı ilə qısa müddətli görüş və ya telefon danışıqları, yaxud videogörüşlə əvəz oluna bilər. 69-

1.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslər digər cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda, onların cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına keçirilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. Bu şəxslərin istintaq təcridxanalarında saxlanma müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş həbsdə saxlanma müddətləri daxilində müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver