QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 78

Maddə 78. Cəzaçəkmə müəssisələrində təhlükəsizlik tədbirləri və onların tətbiqinin əsasları

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

78.1. Cəzaçəkmə müəssisələrinin işçi heyətinin qanuni tələblərinə tabe olmayan, onlara müqavimət göstərən, kütləvi iğtişaşlarda, insanların girov götürülməsində iştirak edən, vətəndaşlara hücum edən və ya digər ictimai təhlükəli hərəkətlər törədən məhkumlara, həmçinin məhkumların cəzaçəkmə müəssisəsindən qaçması və ya qaçanların tutulması zamanı göstərilən hüquqazidd hərəkətlərin, habelə bu məhkumların ətrafdakı insanlara və ya özlərinə ziyan vurmasının qarşısının alınması, hazırlanan və ya törədilən cinayətlərin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirləri (fiziki qüvvə, xüsusi vasitələr, xidməti itlər və odlu silah) tətbiq edilə bilər.

78.2. Cəzaçəkmə müəssisələrində qalmaqal salan məhkumlara qarşı əl qandalı, işçi heyətinə fiziki müqavimət göstərən və ya digər zorakılıq hərəkətləri edən, habelə mühafizə altından qaçan məhkumlara qarşı isə fiziki qüvvə, xüsusi vasitələr və xidməti itlər tətbiq edilə bilər.

78.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzaçəkmə müəssisələrinin işçi heyətinin və ya başqa şəxslərin həyatı üçün bilavasitə təhlükə törədən basqınlar, yaxud da qəsdən başqa hərəkətlər etdikdə, habelə mühafizə altından qaçdıqda, göstərilən hərəkətlərin qarşısını başqa tədbirlərlə almaq mümkün olmadıqda, müstəsna tədbir kimi odlu silah tətbiq edilməsinə yol verilir. Qadınlar və yetkinlik yaşına ç Maddə 78. … ərin qarşısını başqa tədbirlərlə almaq mümkün olmadıqda, müstəsna tədbir kimi odlu silah tətbiq edilməsinə yol verilir. Qadınlar və yetkinlik yaşına çatmayan şəxslər cəzaçəkmə müəssisəsindən qaçdıqda, onlara qarşı odlu silah tətbiq edilməsinə yol verilmir.

78.4. Odlu silah tətbiq edilməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsinin müdiriyyəti dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.

78.5. Cəzaçəkmə müəssisəsində təhlükəsizlik tədbirlərinin tətbiqi qaydası qanunvericiliklə müəyyən edilir. XI fəsil Cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi şərtləri

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver