QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 8

Maddə 8. Məhkumların islah edilməsi və onun əsas vasitələri

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır.

8.2. Məhkumların islah edilməsinin əsas vasitələri aşağıdakılardır:

8.2.1. cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim);

8.2.2. tərbiyə işi;

8.2.3. ictimai faydalı əmək;

8.2.4. ümumi təhsil;

8.2.5. peşə təhsili və peşə hazırlığı;

8.2.6. ictimai təsir.

8.3. Məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. II fəsil Məhkumların hüquqi vəziyyəti

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver