QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 80

Maddə 80. Məhkumların qida məhsulları və ən zəruri mallar əldə etməsi

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

80.1. Cəzaçəkmə müəssisələrində məhkumlar nağdsız haqq-hesabla şəxsi hesablarında olan vəsaitlə qida məhsulları və ən zəruri mallar əldə edirlər.

80.2. Cəzaçəkmə müəssisələrində məhkumlara xərcləmək üçün icazə verilən vəsaitin məbləği bu Məcəllə ilə müəyyən edilir.

80.3. İş normalarını artıqlaması ilə yerinə yetirən və ya müəyyən edilmiş tapşırıqları nümunəvi yerinə yetirən məhkumlara xərcləmək üçün icazə verilən vəsaitdən əlavə olaraq, ayda on beş manat miqdarında, ağır işlərdə, əmək şəraiti zərərli olan işlərdə, yaxud yüksək dağlıq rayonlarda yerləşmiş cəzaçəkmə müəssisələrində isə, əlavə olaraq ayda otuz beş manat miqdarında pul xərcləməyə icazə verilir.

80.4. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, əlilliyi olan uşaqlara, hamilə qadınlara, cəzaçəkmə müəssisələrinin nəzdindəki uşaq evlərində uşaqları olan qadınlara, müalicə müəssisələrində və yoluxucu xəstəliyə tutulmuş şəxslərin saxlanılması və müalicəsi üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrindəki məhkumlara əlavə olaraq ayda on beş manat miqdarında qida məhsulları və ən zəruri mallar əldə etməyə icazə verilir.

80.5. Cəzaçəkmə müəssisələrində məhkumlara ticarət şəbəkəsi vasitəsilə satışına icazə verilən qida məhsullarının və digər malların siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver