QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 82

Maddə 82. Məhkumların bağlama, sovqat və banderol alması

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

82.1. Cəzaçəkmə müəssisələrində məhkumlar bu Məcəllə ilə müəyyən edilmiş sayda bağlama, sovqat və ya banderol alırlar. Bir bağlama və ya banderolun yuxarı çəkisi mövcud poçt göndərişləri qaydaları ilə müəyyən edilir. Bir sovqatın çəkisi bir bağlama üçün müəyyən olunmuş çəkidən artıq olmamalıdır.

82.2. Ağır xəstə, hamilə və uşaq evlərində uşaqları olan qadın məhkumların, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş məhkumların, əlilliyi olan məhkum uşaqların bağlama, sovqat və ya banderol almalarına məhdudiyyət qoyulmur.

82.3. Tibbi rəyə əsasən məhkumların aldığı dərman preparatları və tibbi məmulatlar bu Məcəllənin 82.1-ci maddəsi ilə müəyyən olunmuş bağlama, sovqat və ya banderolların sayına daxil edilmir. Belə dərman preparatları və tibbi məmulatlar cəzaçəkmə müəssisələrinin tibb-sanitar hissəsinə məhkumların müalicəsi üçün verilir.

82.4. Bağlama, sovqat və banderollara müdiriyyət tərəfindən baxış keçirilir.

82.5. Məhkumların bağlama, sovqat və ya banderol alması və onlara baxış keçirilməsi qaydası cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir. Məhkumların adına göndərilmiş bağlama və banderollarda bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və qida məhsulları aşkar edildikdə onlar götürülür. Bu əşya, mallar və ya qida məhsulları məhkum azad olunanadək saxlanılması üçün anbara təhvil verilir və ya bağlama və b Maddə 82. … kar edildikdə onlar götürülür. Bu əşya, mallar və ya qida məhsulları məhkum azad olunanadək saxlanılması üçün anbara təhvil verilir və ya bağlama və banderolu göndərmiş şəxsin hesabına geri qaytarılır, yaxud cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir.

82.6. Cəzaçəkmə müəssisəsinin müdiriyyətinin razılığı ilə məhkumlar yaxın qohumlarına bağlama və ya banderol göndərə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver