QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 84

Maddə 84. Məhkumların telefon danışıqları və videogörüşləri

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

84.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödənilir. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilir.

84.2. Məhkumun xahişi ilə onun yeni cəzaçəkmə müəssisəsinə gəlməsi ilə əlaqədar, həmçinin müstəsna hallarda ona cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən əlavə telefon danışığına və ya videogörüşə icazə verilə bilər.

84.3. Tənbeh tədbiri kimi intizam və ya cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların telefon danışıqlarına və ya videogörüşlərinə yalnız müstəsna hallarda icazə verilə bilər.

84.4. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla t elefon danışıqlarına və ya videogörüşlərə icazə verilmir. 84.4-1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunur.

84.5. Cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qay Maddə 84. … eçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunur.

84.5. Cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, onlardan zərər çəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına və videogörüşlərinə nəzarət edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver