QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 86

Maddə 86. Məhkumların ədəbiyyat və yazı ləvazimatı əldə etməsi və saxlaması

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

86.1. Məhkumlara bağlama, sovqat və ya banderol ilə, habelə şəxsi hesablarında olan vəsait hesabına məhdudiyyət qoyulmadan yazı ləvazimatı, ədəbiyyat almağa, qəzet və jurnallara abunə yazılmağa icazə verilir.

86.2. Əldə olunmuş ədəbiyyat bu Məcəllə ilə müəyyən edilmiş bağlama və banderolların sayına daxil edilmir. Məhkumlara on cildədək kitab (jurnal) saxlamağa icazə verilir.

86.3. Məhkumların müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrləri əldə etməsi, saxlaması, onlara abunə yazılması və onları yayması qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver