QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 88

Maddə 88. Məhkum qadınların cəzaçəkmə müəssisəsindən kənarda yaşaması

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

88.1. Əməyə vicdanlı münasibət bəsləyən və cəzaçəkmə rejiminin tələblərinə riayət edən, habelə cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkum qadınlara cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarı ilə hamiləliyə və ya doğuşa görə qanunla müəyyən edilmiş qaydada, işdən azad edildikləri vaxt ərzində, habelə uşaq üç yaşına çatanadək cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilə bilər.

88.2. Cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınlar:

88.2.1. cəzaçəkmə müəssisəsinin ərazisi yaxınlığında yaşamağa yerləşdirilir və müdiriyyətin daimi müşahidəsi altında olurlar;

88.2.2. adi həyatda işlədilən paltar geyinə bilərlər;

88.2.3. məhdudiyyətsiz halda yazışa bilər, pul baratları ala bilər və nağd puldan istifadə edə bilər, qohumları, həkimi ilə və başqa şəxslərlə görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;

88.2.4. hüdudları cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilən ərazi daxilində sərbəst gediş-gəliş hüququndan istifadə edə bilərlər.

88.3. Cəzaçəkmə rejimi və ya davranış qaydaları məhkum qadın tərəfindən müntəzəm və ya qəsdən pozulduqda, cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarına əsasən cəzaçəkmə müəssisəsindən kənarda yaşamaq üçün verilən icazə ləğv edilir, məhkum qadın isə cəzasını çəkmək üçün cəzaçək Maddə 88. … razılaşdırılmış qərarına əsasən cəzaçəkmə müəssisəsindən kənarda yaşamaq üçün verilən icazə ləğv edilir, məhkum qadın isə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə qaytarılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver