90.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə əmək pensiyalarının təyin edilməsi şərtləri və qaydası “ Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
90.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə sosial müavinətlərin təyin edilməsi şərtləri və qaydası “ Sosial müavinətlər haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
90.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş işləyən şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi şərtləri və qaydası, həmçinin qadın məhkumların hamiləliyə və doğuşa görə müavinətlə təmin olunması “ Sosial sığorta haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
90.4. Əmək pensiyalarının və sosial müavinətlərin təyin edilməsi məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məlumatları həmin şəxslərin bu Məcəllənin 71.1-ci maddəsinə uyğun olaraq cəzaçəkmə müəssisəsinə qəbul edildiyi gündən 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron infor Maddə 90. … dəsinə uyğun olaraq cəzaçəkmə müəssisəsinə qəbul edildiyi gündən 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürür və həmin məlumatların mütəmadi yenilənməsini təmin edir.