91-
1.1. Cəzaçəkmə müəssisələrinin rəhbərliyi azadlıqdan məhrum edilmiş şəxslərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün şəraiti təmin edir və idman tədbirlərinin keçirilməsini təşkil edir. 91-
1.2. Cəzaçəkmə müəssisələrinin gün bölgüsündə fiziki məşqlər, o cümlədən səhər gimnastikası və gündə bir saatdan az olmayaraq idmanla məşğul olma nəzərdə tutulur. 91-
1.3. Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər müəyyən edilmiş normativlərdən əlavə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün öz vəsaitləri hesabına idman geyimi və alətləri əldə etmək hüququna malikdirlər.