29.11.2011-ci il №4-N
Son illər penitensiar müəssisələrdə saxlanılan şəxslərin sağlamlığının qorunması, onlara göstərilən tibbi yardımın səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Penitensiar müəssisələr ən müasir tibbi avadanlıq və dərman pereparatları ilə təmin edilmiş, minlərlə məhkum hərtərəfli tibbi müayinədən keçirilmiş, vərəm xəstəliyinə qarşı mübarizədə zəruri preventiv tədbirlər görülmüş, bu xəstəliyə yoluxmuş məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsində xüsusi laboratoriya yaradılmış, yeni müalicə korpusları istifadəyə verilmişdir.
Görülmüş işlərin nəticəsində məhkumlar arasında baş vermiş ölüm hadisələrinin, o cümlədən vərəm xəstəliyindən ölənlərin sayı ilbəil nəzərəçarpacaq dərəcədə azalmaqdadır.
Həmçinin, vərəmlə ən müasir üsullarla mübarizə işində ölkəmizin əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə böyük maraq doğurmuşdur.
Eyni zamanda cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların tibbi müayinəsinin aparılmasına də diqqət yetirilmiş, bu sahəni tənzimləyən normativ sənəd qəbul edilmiş, həmin şəxslərin tibbi şəhadətlənidilməsini həyata keçirmək üçün nazirliyin Tibb baş idarəsində xüsusi komissiya yaradılmış, onlarla məhkum barəsində aidiyyəti rəylər verilmişdir.
Tibb baş idarəsinin fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, onun əsasnaməsinin qəbul olunması, habelə Səhiyyə Nazirliyi tərəfindən məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin yeni siyahısının təsdiq edilməsi və təcrübədən irəli gələn digər məsələlər qeyd olunan sahədə normativ bazanın təkmilləşdirilməsini zəruri edir.
Bununla bağlı “Cəzanın çəkilməsinə mane olan ağır xəstəliklərə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları”nın layihəsi hazırlanmış, sənəd nazirliyin aidiyyəti idarələrinin, habelə Ali Məhkəmə və Baş prokurorluğun təklifləri nəzərə alınmaqla təkmilləşdirilmişdir.
Layihədə məhkumların ilkin kliniki diaqnozunun müəyyənləşdirilməsi işinə aidiyyəti orqanların mütəxəssislərinin cəlb olunması, şəhadətləndirmənin aparılması müddəti, müvafiq rəy alındıqdan sonra cəzaçəkmə müəssisəsinin müdiriyyətinin hərəkəti və s. barədə mütərəqqi mexanizmlər təsbit olunmuşdur.
Eyni zamanda məhkumların tibbi şəhadətləndirilməsini və digər vəzifələri həyata keçirən Tibb baş idarəsinin Xüsusi Həkim Ekspert Komissiyası haqqında Əsasnamə layihəsi də hazırlanmışdır.
Kollegiya həmin sənədlərə baxıb onları məqbul bilir.
Göstərilənlərə, habelə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa, Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə və Ədliyyə Nazirliyi haqqında Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası
1. “Cəzanın çəkilməsinə mane olan ağır xəstəliklərə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları” təsdiq edilsin (Əlavə №1).
2. Bu Qaydaların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 26.10.2010-cu ildə təsdiq edilmiş “Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı” elan edilsin (Əlavə №2).
4. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin Xüsusi Həkim Ekspert Komissiyası haqqında Əsasnamə” təsdiq olunsun (Əlavə №3).
5. Ədliyyə Nazirliyi üzrə 2003-cü il 3 aprel tarixli, 3‑T nömrəli əmrlə təsdiq edilmiş "Psixi və sair ağır xəstəliklərə tutulmuş məhkumların şəhadətləndirilməsi və cəza çəkməkdən azad olunması üçün təqdim edilməsi Qaydası" (14.04.2003-cü il tarixli 2973 nömrəli şəhadətnamə) ləğv edilsin.
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 4-N nömrəli Qərarı ilə təsdiq edilmişdir
1. Bu Qaydalar Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin müddəalarına əsasən hazırlanmış və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və təyin edilmiş cəzanın çəkilməsinə mane olan psixi və sair ağır xəstəliyə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi qaydalarını müəyyən edir.
2. Məhkumun cəza çəkməsinə mane olan xəstəliklər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş «Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı» (bundan sonra - Siyahı) ilə müəyyən olunur.
3. Məhkumların Siyahıda göstərilən xəstəliklərə düçar olmasını təsdiq etmək üçün onların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb baş idarəsinin Xüsusi Həkim Ekspert Komissiyası (bundan sonra - komissiya) tərəfindən Penitensiar xidmətin müalicə müəssisələrində həyata keçirilir.
Komissiyanın fəaliyyət qaydası müvafiq normativ sənədlə tənzimlənir.
4. Məhkumlar penitensiar müəssisələrin tibb xidmətinin təqriri əsasında müəssisə müdiriyyətinin komissiyaya təqdimatı və ya məhkəmədən daxil olmuş müvafiq qərar əsasında komissiya tərəfindən şəhadətləndirilirlər.
5. Məhkumların komissiya tərəfindən şəhadətləndirilməsi xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq mümkün qədər qısa müddət ərzində, psixi xəstəliyi olan məhkumların isə altı ayadək müddətə başa çatdırılır.
6. Komissiya şəhadətləndirilməyə təqdim edilmiş xəstə məhkumlarda müəyyən edilmiş yekun kliniki diaqnozun cəzanın çəkilməsinə mane olması və Siyahıda göstərilən xəstəliklərə uyğunluğu barədə rəy verir.
7. Komissiyanın üç üzvü tərəfindən şəhadətləndirməyə təqdim olunmuş xəstə məhkuma müalicə müəssisəsində ilkin baxış keçirilir, ona və aparılan müalicənin gedişinə dinamiki müşahidə aparılmaqla yekun kliniki diaqnozun müəyyən edilməsi üçün mütəxəssis baxışları və əlavə müayinələr barədə tövsiyyələr verilir və xəstəlik tarixində müvafiq qeydlər edilir.
8. Elmi-tədqiqat və digər tibb müəssisələrinin həkim-mütəxəssisləri yekun kliniki diaqnozun müəyyən olunmasına cəlb oluna bilər.
9. Yekun kliniki diaqnoz instrumental və laborator müayinələrin nəticələri ilə təsdiq edilməlidir.
10. Psixi xəstəliyi olan məhkumların şəhadətləndirilməsi həkim-psixiatrların komission baxışı nəticəsində «Məhkumun yekun kliniki psixiatrik diaqnozunun təsdiq edilməsi barədə Akt» (əlavə 1) tərtib edildikdən sonra həyata keçirilir. Aktda tibbi xarakterli məcburi tədbirin növü barədə mülahizə qeyd edilir. Akt müalicə müəssisəsində saxlanılan xüsusi jurnalda qeydiyyata alınır (əlavə 2).
11. Şəhadətləndirmə nəticəsində tərtib edilmiş rəy (əlavə 3) xüsusi jurnalda (əlavə 4) qeydiyyata alınaraq nömrə verilir. Rəy şəhadətləndirilən şəxsə elan edilir. Komissiyanın iclas protokolunda bu barədə qeyd aparılır.
12. Tibb xidmətinin təqriri əsasında müəssisə müdiriyyətinin təqdimatı ilə həyata keçirilmiş şəhadətləndirmə barədə komissiyanın rəyi Tibb baş idarəsi tərəfindən məhkumun cəza çəkdiyi müəssisənin müdiriyyətinə, bu barədə məlumat isə Penitensiar xidmətin baş idarəsinə göndərilir.
Məhkəmənin qərarı əsasında aparılmış şəhadətləndirmə barədə komissiyanın rəyi Tibb baş idarəsi tərəfindən məhkəməyə və məhkumun cəza çəkdiyi müəssisənin müdiriyyətinə, bu barədə məlumat isə Penitensiar xidmətin baş idarəsinə göndərilir.
13. Məhkum, onun müdafiəçisi və ya qanuni nümayəndəsi komissiyanın rəyindən inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
14. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumun ona təyin edilmiş cəzasını çəkməsinə mane olan psixi və ya sair ağır xəstəliyə düçar olması haqqında komissiyanın rəyini aldıqdan sonra üç gündən gec olmayaraq cəzadan azad edilməsi barədə təqdimatla məhkəməyə müraciət edir. Təqdimata komissiyanın rəyi və digər zəruri sənədlər əlavə edilir.
15. Cəza çəkdiyi müddət ərzində özünə qəsdən xəsarət yetirməsi nəticəsində xəstəliyin əmələ gəlməsi müəyyən edilərsə (özünə xəsarət yetirərkən məhkumun ağır və kəskin psixi pozulma vəziyyətində olması həkim-mütəxəssislər tərəfindən təsdiq edilən hallar istisna olmaqla) məhkum şəhadətləndirilmək üçün komissiyaya təqdim edilə bilməz.
16. Məhkumun xəstəliyə görə cəza çəkməkdən azad edilməsi məhkəmə tərəfindən rədd edildikdə və sonradan xəstəliyin gedişatında və vəziyyətində ağırlaşma müşahidə olunduqda, məhkəmənin rədd qərarının çıxarılması vaxtından asılı olmayaraq bu Qaydaların 4-11 bəndlərində qeyd olunmuş prosedurlara riayət olunmaqla həmin şəxsin təkrarən tibbi şəhadətləndirilməsi həyata keçirilir.
“Cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları”na Əlavə 1
«___»_________20___ci il ________________________________
(aktın tərtib edildiyi ünvan)
Müayinə edilənin soyadı, adı, atasının adı _______________________________________
Təvəllüdü ____________ Məhkum olunduğu maddə(lər)____________________________
Cəza müddəti_____________________________________________________________________
Cəzanın əvvəli ________________Cəzanın sonu__________________________________
Məhkumun komission müayinəsi, Tibb baş idarəsi üzrə əmrlə təsdiq edilmiş Həkim Psixiatrik Komissiyanın üzvləri olan həkim psixiatrlar:
_______________________________________ixtisas üzrə iş stajı _________________ildən
_____________________________________ ixtisas üzrə iş stajı _________________ildən
_____________________________________ ixtisas üzrə iş stajı _________________ildən
tərəfindən həyata keçirilmişdir.
Müayinəni həyata keçirən mütəxəssislərə Cinayət Prosessual Məcəlləsinin 269-cu maddəsi üzrə onların vəzifə borcları, hüquqları və müayinənin aparılması qaydaları izah olunmuş, bilə-bilə yalan rəy verməyin məsuliyyəti barədə Cinayət Məcəlləsinin 297-ci maddəsi üzrə xəbərdarlıq edilmişdir.
Aktın aşağıda qeyd edilən digər bölmələri aydın, birmənalı və dəqiq tərtibatda verilir. Qeydlərin ardıcıl və dolğun yazılmasına icraçı komissiya üzvü məsuliyyət daşıyır.
1. Məhkum cinayət törətdiyi vaxt da daxil olmaqla əvvəlki həyatı barədə
məlumat._____________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
2. Xəstəliyin inkişaf tarixi:___________________________________________
fiziki status:_________________________________________________________________
(şikayətləri, xəstəliyin anamnezi, həyat anamnezi, hazırkı vəziyyət)
____________________________________________________________________________
_____________________________________________________________________________
____________________________________________________________________________
nevrolojı status:______________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
psixi status:_______________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
laborator instrumental müayinənin nəticələri:_____________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
3. Yekun kliniki diaqnoz: ______________________________________________
_____________________________________________________________________________
____________________________________________________________________________
xəstəliyin məhkumun cəza çəkməsinə mane olub-olmaması barədə ilkin rəy:__________________________________________________________________________
____________________________________________________________________________
_____________________________________________________________________________
zəruri tibbi tədbirlər, o cümlədən tibbi xarakterli məcburi tədbirlər barədə mülahizə:_____________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
Aktın nüsxələrinin sayı və saxlanma yerləri barədə məlumat.
“Cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları”na Əlavə 2
“Cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları”na Əlavə 3
____________________________________________________ «___»________20__ci il
(cəzaçəkmə müəssisəsinin və ya məhkəmənin adı)
Soyadı, adı, atasının adı_______________________________________________________
Doğulduğu tarix və yer________________________________________________________
____________________________________məhkəməsi tərəfindən ___________tarixdə məhkum olunub_______________________________________________________________________
_____________________________________________________________________________
Məhkum olunduğu maddə(lər)__________________________________________________
Cəza müddəti_________________ Cəzanın əvvəli ___________________Cəzanın sonu _______
Şəxsi işin №-________________________
Şikayətləri:____________________________________________________________________
_____________________________________________________________________________
Anamnez:____________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
Obyektiv müayinələrin nəticələri:_____________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
Yekun kliniki diaqnoz:________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
«Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı»nın _____bəndlərinə uyğundur / uyğun deyil (lazım olmayanı qaralamalı)
Məhkum___________________________________________________________________
Xəstəliyi onun cəza çəkməsinə mane olur / olmur (lazım olmayanı qaralamalı).
İxtisaslaşdırılmış psixatriya müəssisəsinə________________________________________
məcburi müalicəyə göndərilməsinə zərurət vardır / yoxdur (lazım olmayanı qaralamalı).
Komissiyanın üzvləri:
Cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları”na Əlavə 4
1. 13 iyul 2012-ci il tarixli 10-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207130010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 iyul 2012-ci il )
2. 30 sentyabr 2021-ci il tarixli 10-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109300010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 sentyabr 2021-ci il)