165.1. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
165.2. Eyni əməllər:
165.2.1. təkrar törədildikdə;
165.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 165-166-cı maddələrində “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür. Maddə 165-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququ pozma 165-
1.1. Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsini cıxarma istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsini inteqral sxemə daxil etmə yolu ilə və ya surətini başqa şəkildə cıxarma, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemi tətbiq etmə, gətirmə, satış Maddə 165. … l etmə yolu ilə və ya surətini başqa şəkildə cıxarma, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemi tətbiq etmə, gətirmə, satış üçün təklif etmə, satma, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa – min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. 165-
1.2. Eyni əməllər: 165-
1.2.1. təkrar törədildikdə; 165-
1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır..