QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 190

Maddə 190. Qanuni sahibkarlıq fəaliyyətinə mane olma

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

190.1. Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

190.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə — cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 192.1, 193.1, 194.1-1, 195.1, 195-1.1, 195-1.2, 195-2.1, 196.1, 197.1, 198.1, 200-2.1, 200-3.1, 201-1.1, 203.1, 204.2, 205-2.1, 206-1.1, 210.1, 211.1 və 212.1-ci maddələrində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 190.2, 194.2.4, 195.2, Maddə 190. … 1.1 və 212.1-ci maddələrində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 190.2, 194.2.4, 195.2, 195-1.3, 195-2.2, 196.2, 197.2, 198.2, 200-2.3, 200-3.2.3, 201-1.2, 202.2, 202-1.2, 202-2.1, 203.2, 203-1.1, 204.3.2, 205.2.3, 205-2.2.3, 210.2, 211.2 və 212.2-ci maddələrində “külli miqdar” dedikdə iki yüz min manatdan artıq olan mәblәğ, 192.2.1, 192.2.2, 193.2.1, 193.2.2 və 206-1.2.2-ci maddələrində “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 192.3.1, 192.3.2, 193.3.1, 193.3.2 və 206-1.3-cü maddələrində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver