195-
1.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank və digər ödəniş hesablarının vəziyyəti haqqında məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi dövlətə xeyli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 195-
1.2. Dövlət borcalmaları və ya dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə xeyli miqdarda ziyan vurduqda - üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 195-
1.3. Bu Məcəllənin 195-1.1-ci və 195-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər dövlətə külli miqdarda ziyan vurduqda - üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında cərimə və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə Maddə 195-1. … hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında cərimə və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.