QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 227

Maddə 227. Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələb etmə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

227.1. Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələbə etmə— dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

227.2. Eyni əməllər:

227.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

227.2.2. təqsirkar tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

227.2.3. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə— beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

227.3. Bu Məcəllənin 227.1 və ya 227.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

227.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

227.3.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver