QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 243

Maddə 243. Fahişəliyə cəlb etmə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

243.1. Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

243.2. Eyni əməllər:

243.2.1. şəxsin köməksiz vəziyyətindən, fiziki və ya psixi pozuntularından istifadə etməklə törədildikdə;

243.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə— üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver