244-
1.1. Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama – beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 244-
1.2. Eyni əməllər: 244-
1.2.1. təkrar törədildikdə; 244-
1.2.2. internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə; 244-
1.2.3. yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə; 244-
1.2.4. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 244-
1.2.5. xeyli miqdarda gəlir əldə etməklə törədildikdə – on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 244-
1.3. Bu Məcəllənin 244-1.1-ci və ya 244-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 244-
1.3.1. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 244-
1.3.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə – üç ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 244-
1.4. Bu Məcəllənin 244-1.1 – 244-1.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə – dörd ildən Maddə 244-1. Qumar oyunlarının təşkili və … 44-
1.4. Bu Məcəllənin 244-1.1 – 244-1.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə – dörd ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: 1. Bu Məcəllənin 244-1-ci maddəsində “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. 2. “ Lotereyalar haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “ Bədən tərbiyəsi və idman haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına, habelə “ Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunlarına bu maddənin qüvvəsi şamil edilmir. 3. Bu Məcəllənin 244-1.2.5-ci maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 244-1.3.2-ci maddəsində “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 244-1.4-cü maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür. 4. Bu Məcəllənin 244-1.2.5-ci, 244-1.3.2-ci və 244-1.4-cü maddələrində nəzərdə tutulmuş əmə Maddə 244-1. Qumar oyunlarının təşkili və … ikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür. 4. Bu Məcəllənin 244-1.2.5-ci, 244-1.3.2-ci və 244-1.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə əldə edilmiş gəlirin bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 5. Şəxs bu “Qeyd”in 4-cü bəndində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.