252.1. Dəniz ətraf mühitini quruda olan mənbələrdən çirkləndirmə, yaxud nəqliyyat vasitələrindən və ya dənizdə quraşdırılmış süni qurğulardan insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama və ya basdırma qaydalarını pozmaqla dəniz ətraf mühitini çirkləndirmə— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
252.2. Eyni əməllər insan sağlamlığına, heyvanlar və bitki aləminə, balıq və digər su bioresurslarına, ətraf mühitə, istirahət zonalarına və ya qanunla qorunan digər maraqlara əhəmiyyətli zərər vurulmasına səbəb olduqda— altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
252.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 253. Sahilyanı şelf haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozma
253.1. Qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya başqa qurğular ucaltma, onların ətrafında təhlükəsiz Maddə 252. … liyini pozma
253.1. Qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya başqa qurğular ucaltma, onların ətrafında təhlükəsizlik zonasını yaratma, habelə quraşdırılan tikililərin və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi vasitələrinin tikintisi, istismarı, mühafizəsi və ya ləğv olunması qaydalarını pozma— dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
253.2. Azərbaycan Respublikasının sahilyanı şelfində xarici hüquqi və fiziki şəxslər tərəfindən təbii sərvətlərin tədqiqi, kəşfiyyatı, işlənməsi və başqa işlər görülməsi, əgər bu hərəkətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və ya Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının verdiyi xüsusi icazədə nəzərdə tutulmamışdırsa— iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.