260.1. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 260.1-1. Bu Məcəllənin 260.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 260.1-2. Bu Məcəllənin 260.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə – cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
260.2. Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə və ya edilməm Maddə … yaşıllıqları məhv etmə və ya zədələmə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
260.3. Bu Məcəllənin 260.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
260.4. Bu Məcəllənin 260.2-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə – cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.