QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 266

Maddə 266. Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

266.1. Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

266.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

266.3. Bu Məcəllənin 266.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda— üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 266.1-ci maddəsində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan mәblәğ başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver