QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 271

Maddə 271. İKT sisteminə qanunsuz daxil olma

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

271.1. İKT sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan elektron verilənləri ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma – iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

271.2. Eyni əməllər:

271.2.1. təkrar törədildikdə;

271.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

271.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

271.3. Bu Məcəllənin 271.1 və ya 271.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin İKT sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: 1. Bu Məcəllənin 271–273-2-ci maddələrində “İ Maddə … uqundan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: 1. Bu Məcəllənin 271–273-2-ci maddələrində “İKT sistemi” dedikdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.49-cu maddəsində, “elektron verilənlər” dedikdə həmin Məcəllənin 7.0.50-ci maddəsində nəzərdə tutulmuş anlayışlar başa düşülür. 3. Bu Məcəllənin 271-273-cü maddələrində “ictimai əhəmiyyətli infrastruktur obyekti” dedikdə, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən xidmətlər göstərən dövlət idarə, müəssisə, təşkilatları, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kredit təşkilatları, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və bu fondların idarəçiləri başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver