QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 273

Maddə 273. İKT sisteminə və ya elektron verilənlərə qanunsuz müdaxilə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

273.1. Elektron verilənlərin qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

273.2. Elektron verilənlərin daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə İKT sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsi – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

273.3. Bu Məcəllənin 273.1 və ya 273.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

273.3.1. təkrar törədildikdə;

273.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

273.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək mi Maddə … kdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

273.4. Bu Məcəllənin 273.1-273.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektlərinin İKT sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: 1. Bu fəslin maddələrində “əhəmiyyətli zərər” dedikdə, ictimai təhlükəli əməl nəticəsində min manatdan artıq olan məbləğdə ziyan vurulması və ya dövlətin, cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına digər mühüm zərərin vurulması başa düşülür. 2. Bu Məcəllənin 273.2-ci maddəsində “ İKT sisteminin işləməsinə ciddi maneə törədilməsi” İKT sisteminin normal fəaliyyətinin elə bir pozulmasıdır ki, İKT sisteminin sahibinin və ya istifadəçisinin bu sistemdən istifadə etmək və ya digər İKT sistemləri ilə məlumatları mübadilə etmək imkanını mühüm dərəcədə məhdudlaşdırsın.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver