292.1. Bilə-bilə qanunsuz tutma— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
292.2. Bilə-bilə qanunsuz həbsə alma — dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 292.2-1. Bilə-bilə qanunsuz həbs yerində saxlama — dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
292.3. Bu Məcəllənin 292.1-ci, 292.2-ci və ya 292.2-1-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.