QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 301

Maddə 301. Məhkəmə və hüquq mühafizə orqanları işçiləri barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

301.1. Hakimlər, icra məmurları, prokurorlar, müstəntiqlər, təhqiqatçılar, əməliyyat-axtarış fəaliyyətini, gömrük işini həyata keçirən, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, habelə istintaq orqanlarının və ya prokurorların qərarlarını icra edən şəxslər və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

301.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver