QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 308-1

Maddə 308-1. Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının , büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Maddə 308-1. Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etm əmə 308-

1.1. Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə - cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 308-

1.2. Eyni əməllər külli miqdarda törədildikdə - cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında cərimə edilməklə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: 1. Bu Məcəllənin 308-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, 308-1.2-ci maddəsində “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. 2. Bu maddədə “dövlətə məxsus olan hüquqi şəxslər” dedik Maddə 308-1. … dəsində “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. 2. Bu maddədə “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə bu Məcəllənin 195-2-ci maddəsinin “Qeyd” hissəsindəki anlayış nəzərdə tutulur. 3. Bu maddədə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayətin predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaiti) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver