QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 316

Maddə 316. Cinayət prosesində iştirak edən şəxslər barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

316.1. Cinayət haqqında müvafiq orqanlara məlumat vermiş və ya cinayətin aşkar edilməsi, qarşısının alınması, yaxud açılmasında iştirak etmiş şəxs, zərərçəkmiş şəxs, onun nümayəndəsi, şübhəli şəxs, təqsirləndirilən, onların müdafiəçiləri və nümayəndələri, cinayət işi üzrə mülki iddiaçı, mülki cavabdeh, onların nümayəndələri, şahid, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

316.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver