QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 316-2

Maddə 316-2. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

haqqında məlumatları yayma 316-

2.1. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı maliyyə monitorinqi orqanına məlumat və sənədlərin təqdim edilməsi, yaxud əməliyyatların icrasının dayandırılması haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumat və sənədlərin, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması - min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 316-

2.2. Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə monitorinqi orqanına məlumat və sənədlərin təqdim edilməsi, yaxud əməliyyatların icrasının dayandırılması haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumat və sənədlərin, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd: Vəkil, notarius, rieltor, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxs tərəfindən müştərini qeyri-qanuni fəaliyyətdən çəkindirmək məq Maddə 316-2. … Vəkil, notarius, rieltor, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxs tərəfindən müştərini qeyri-qanuni fəaliyyətdən çəkindirmək məqsədilə onu və ya digər şəxsləri əməliyyatların icrasının dayandırılacağı və ya müvafiq məlumatların maliyyə monitorinqi orqanına təqdim ediləcəyi barədə məlumatlandırması hallarına bu Məcəllənin 316-2-ci maddəsinin qüvvəsi şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver