QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 334

Maddə 334. Fərarilik

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

334.1. Fərarilik, yəni hərbi qulluqçunun müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi)— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

334.2. Xidməti istifadə üçün verilmiş silahı, döyüş sursatını və ya partlayıcı maddələri oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə, habelə bir qrup şəxs tərəfindən fərarilik etmə— beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

334.3. Bu Məcəllənin 334.1 və 334.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver