QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 340

Maddə 340. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

340.1. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq və qanuni mənafelərinə mühüm zərər vurduqda— bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

340.2. Eyni əməl ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver