QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 346

Maddə 346. Əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

346.1. Əsirlikdə olan hərbi qulluqçunun başqa hərbi əsirlərə qarşı zorakılıq etməsi və ya onlarla amansızcasına rəftar etməsi— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

346.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver