QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 351

Maddə 351. Maşınları idarəetmə və istismar qaydalarını pozma

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

351.1. Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda— bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və ya edilməməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 351.1-1. Bu Məcəllənin 351.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

351.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

351.3. Bu Məcəllənin 351.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda— beş ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver