QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 99-7

Maddə 99-7. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə 99-7.1

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə verən xüsusi razılığın (lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən, müəyyən əqdlərin bağlanılmasının, səhm və ya digər qiymətli kağızların buraxılmasının, dövlətdən subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsinin və ya digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsindən ibarətdir. 99-

7.2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə bu Məcəllənin 99-5.4 -cü maddəsində göstərilən hallar nəzərə alınmaqla hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılması qeyri-mümkün hesab edildikdə aşağıdakı müddətlərə təyin edilir: 99-

7.2.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - bir ildən iki ilədək müddətə; 99-

7.2.2. az ağır cinayətlərə görə - iki ildən üç ilədək müddətə; 99-

7.2.3. ağır cinayətlərə görə - üç ildən dörd ilədək müddətə; 99-

7.2.4. xüsusilə ağır cinayətlərə görə - dörd ildən beş ilədək müddətə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver