Təhlükəsizliyi təmin edən orqanların qərarı ilə avtomat telefon rabitə sorğu xidmətinə, pasport-viza xidmətinə və ya digər müvafiq məlumat-sorğu xidmətlərinə müdafiə olunan şəxslərin yaşayış yeri barəsində və ya hər hansı digər məlumatların verilməsi müvəqqəti və ya daimi olaraq qadağan edilə bilər.
Müstəsna hallarda digər cinayət işinin və ya mülki işin icraatı ilə əlaqədar olaraq belə məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ibtidai istintaq orqanlarına və ya məhkəməyə təqdim edilə bilər.